Çağırdığı “ayıq sürücü” sərxoş çıxdı - Bakıda kuryoz hadisə
8-09-2023, 09:38

Bakıda kuryoz hadisə baş verib.
Cebhe.info xəbər verir ki, paytaxt sakini içikili olduğu üçün ayıq sürücü çağırıb.
Ancaq çağırılan ayıq sürücünün də sərxoş olduğu üzə çıxıb.
Paytaxt sakinin başına maraqlı hadisə gəlib. O, içkili olduğu üçün ayıq sürücü çağırıb. Ancaq, çağırdığı ayıq sürücünün özünə ayıq sürücü lazım olub.
Tural Hüseynov deyir ki, sürücünün içkili olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.
Paytaxt sakini bildirib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir, ödəyən isə yoxdur.
“Xəzər Xəbər” məsələ ilə əlaqədar sözügedən taksi şirkəti ilə əlaqə saxlayıb. Bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir. Belə ki, şirkətin müştəriyə təyin etdiyi sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si yerinə Fərid adlı dostunu göndərib.
“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”,- deyə şirkətin nümayəndəsi bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: