Rusiyada qeyri-adi təbiət hadisəsi müşahidə edildi - VİDEO

9-09-2023, 10:24           
Rusiyada qeyri-adi təbiət hadisəsi müşahidə edildi - VİDEO
Füsünkar təbiət hadisəsi Rusiyanın Yakutsk bölgəsində Oymyakon rayonunun Tomtor kəndində baş verib. Kənd sakinləri çox nadir optik hadisə olan qeyri-adi günəş haləsini (“halo”) müşahidə ediblər.

Adətən müşahidə olunan “halo” hadisələrindən fərqli olaraq, Oymyakonda halə üfüqdə yerləşib.

Bunu Rusiyanın Y.Q.Şafer adına Kosmofiziki Tədqiqatlar və Aeronomiya İnstitutunun elmi əməkdaşı İqor Koltovskoy təbiət hadisəsini şərh edərkən bildirib.
“Bu, işığın atmosferdə asılı qalan buz kristallarına düşməsi nəticəsində yaranan optik hadisədir. “Halo” rəngli və ya ağ halqalardan tutmuş qövslərə və göydəki ləkələrə qədər bir çox formada ola bilər. Burada o, üfüqdə yerləşib, bu da olduqca qeyri-adi və nadir hallarda baş verən hadisədir. Günəş haləsi adətən hava dəyişdikdə baş verir”, - deyə İ.Koltovskoy əlavə edib.

Mənbə: RT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru