Mərakeşdə zəlzələ qurbanlarının sayı min nəfəri ötüb

10-09-2023, 00:02           
Mərakeşdə zəlzələ qurbanlarının sayı min nəfəri ötüb
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 037-yə çatıb.

AYNA xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, zəlzələ nəticəsində 1 204 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru