Macarıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

11-09-2023, 10:44           
Macarıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var
Macarıstanın Sekeşfexervar şəhəri yaxınlığında hava şousu zamanı idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təyyarə idarəetmədən çıxaraq yerə çırpılıb və partlayıb.

Polis idarəsindən verilən məlumata görə, qəza nəticəsində 67 yaşlı qadın və 37 yaşlı kişi həlak olub.

Təyyarə dayanacağın yanında yerə düşüb və partlayıb, orada dayanan avtomobillərdən biri yanıb. Avtomobildə və onun yanında olan şəxslər - iki böyük və iki uşaq yanıq və digər bədən xəsarətləri alıblar.

Onlar təcili yardım maşını ilə Sekeşfexervar və Budapeştdəki xəstəxanalara aparılıblar.

Faciəli insidentdən sonra hava şousu dayandırılıb. Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru