Rus artileriyası özünüküləri vurdu - 27 nəfər ölüb, 34 nəfər yaralanıb
11-09-2023, 10:40
Ruslar yazır, işğalçıların geri çəkilməsi zamanı faciə baş verib. “Donetsk hava limanını ələ keçirmək üçün ukrayna ordusu böyük hücumla bizə ciddi zərbə vurdu. Geri çəkilmək istəyən ordumuz, öz artileriyamız tərəfindən səhvən vurulub. Nəticədə 27 nəfər ölüb, 34 nəfər yaralanıb. Yaralıların təxminən yarısının qolları və ya ayaqları yoxdur. Bir neçə hərbi maşın və vasitələr məhv edilib. Dəhşətli səhnədir bu”, deyə – rus voenkor deyir şikayətlənir. “Rusların cəbhədə rus artilleriyasının atəşindən ölməsi ilk dəfə deyil. Amma bu hal xüsusilə dəhşətlidir. Heç kim başa düşmür ki, öz ordumuzu düşmənlə necə qarışdırmaq mümkün oldu. Hazırda araşdırmalar aparılır, günahkarlar cəzasını alacaqlar”, - işğalçı iddia edir. Teref.az