Bir insan il ərzində 777 dəfə kinoya getməklə dünya rekordu qırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya sakini bir il ərzində 777 dəfə kinoya getməklə Ginnesin Rekordlar Kitabına düşüb.
Bildirilir ki, Karlayldan olan 32 yaşlı Zak Svoup cəhdinə 2022-ci ilin iyulunda "Minions: The Rise of Gru" filminin nümayişi ilə başlayıb və rekorda "Indiana Jones and the the wheel of fate" filminə baxmaqla imza atıb.
Svoup 2018-ci ildə fransız Vinsent Kronun müəyyənləşdirdiyi 715 baxış rekordunu qırıb. O, "Regal Unlimited" abunəliyinə yazılmaqla yerli "Regal" kinoteatrlarına biletlərə qənaət etdiyini söyləyib. Bu da ona ayda 22 dollara limitsiz film izləmək imkanı verib.
Svoup həftə içi işdən sonra saat üçə qədər, həftə sonları isə daha çox filmə baxdığını bildirib.