Rusiyada iti illərlə kilidli avtomobildə saxladılar - VİDEO

12-09-2023, 11:36           
Rusiyada iti illərlə kilidli avtomobildə saxladılar - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində dörd ildir ki, retriver cinsindən olan it bütün gününü avtomobilin yük yerində ​​keçirir. Günəş avtomobili qızdırmasına baxmayaraq, sahibləri onu çox nadir hallarda gəzdirirlər. İt çox zəif görünür və tükləri tökülür.

Qonşuları itin sahiblərinə heyvanı bu şəkildə saxlamağın yolverilməz olduğunu izah etməyə çalışsalar da, onlar bunda pis bir şey görmədiklərini bildiriblər. Sakinlər artıq polisə müraciət ediblər, onlardan bəziləri hətta iti satın almağa hazırdırlar.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru