Narkobaronun həyat yoldaşı azadlığa çıxacaq

13-09-2023, 12:04           
Narkobaronun həyat yoldaşı azadlığa çıxacaq
Meksikalı narkobaron Xoakin “El Çapo” Quzmanın həyat yoldaşı Emma Koronelin azadlığa çıxacağı açıqlanıb.

32gun.az xəbər verir ki, bu barədə ABŞ Həbsxanalar Bürosu internet saytında məlumat verilib.

Açıqlamada Koronelin çərşənbə günü Los-Ancelesdəki aşağı təhlükəsizlik həbsxanasından azad ediləcəyini bildirilib. Koronelin vəkilləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər. Emma Koronel iki il şərti azadlığa çıxıb.

Xatırladaq ki, ABŞ əsilli Koronel 2021-ci ildə Sinaloa kartelinə pulların yuyulması, narkotik qaçaqmalçılığı və cinayət təşkilatına pul yardımı ilə kömək etdiyini etiraf etdikdən sonra 3 il həbs cəzasına məhkum edilib.

Koronel həmçinin etiraf edib ki, El Çapo 2014-cü ildən sonra Meksikanın Altiplano həbsxanasında olarkən kartel lideri ilə digər dəstə üzvləri arasında kuryer kimi xidmət edib.

El Çapo 2017-ci ildə Meksikadakı iki müxtəlif yüksək təhlükəsizlik həbsxanasından qaçdıqdan sonra ABŞ-a göndərilib.

Xoakin "El Çapo" Guzman ABŞ-da ömürlük həbsdə qalmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru