Rusiyalı gəncin idarəetməni itirmiş nəhəng yük maşınından möcüzəvi xilası - VİDEO

13-09-2023, 14:34           
Rusiyalı gəncin idarəetməni itirmiş nəhəng yük maşınından möcüzəvi xilası - VİDEO
Sosial şəbəkələrdə gəncin möcüzəvi şəkildə idarəetməni itirmiş nəhəng yük maşınından yayınmağı ilə bağlı görüntülər yayılıb.

Kadrlar Rusiyanın Voronej vilayətindəndir.

Videoda görünür ki, piyada yolun kənarı ilə getdiyi an ağır yük maşını magistral yoldan çıxır. Gənc çoxtonnajlı maşının ona tərəf şütüdüyünü görərək vaxtında yan tərəfə tullana bilib.
Kadrların sonunda gəncin yıxıldlğı yerdən ayağa qalxaraq getdiyi görünür. Sürücünün taleyi barədə məlumat verilməyib.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru