Donetsk cəbhəsində gərginlik artır – “Rusiya hücuma keçib”

14-09-2023, 07:54           
Donetsk cəbhəsində gərginlik artır –
Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar Donetsk vilayətində - Maryinka və Avdeyevka istiqamətində gəginliyin artdığını bildirib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Malyar telemarafon efirində Rusiya qoşunlarının şiddətli hücuma keçdiyini açıqlayıb.

Onun sözlərinə görə, Maryinka və Avdeyevka yaşayış məntəqələri ətrafında Rusiyanın hücum həmlələrinin sayı artıb.

Malyar əlavə edib ki, Rusiya qoşunları artıq iki ilə yaxındır bu əraziləri tutmağa çalışır və faktiki olaraq, qəsəbələr yer üzündən silinib.

Lakin buna baxmayaraq, nazir müavini vurğulayıb ki, Rusiya silahlı qüvvələri inadla Ukrayna qoşunlarının mövqelərini ələ keçirməyə çalışır.

Nazir müavini Rusiyanın Kupyanska çıxmaq üçün əraziyə daha çox qüvvə topladığını əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru