Keçmiş baş nazirlə sabiq DİN rəhbəri dalaşdı - VİDEO

14-09-2023, 10:36           
Keçmiş baş nazirlə sabiq DİN rəhbəri dalaşdı - VİDEO
Bratislavanın mərkəzində, Hökumət Sarayının qarşısında Slovakiyanın keçmiş baş naziri İqor Matoviçlə keçmiş daxili işlər naziri Robert Kaliniyak arasında dava baş verib.

Sentyabrın 13-də baş verən hadisə Robert Kaliniyakın “İstiqamət - Sosial Demokratiya” partiyasının keçirdiyi mətbuat konfransı zamanı baş verib. Tədbir miqrasiya məsələsinə həsr olunub.

“Adi insanlar və müstəqil fərdlər” partiyasına rəhbərlik edən İqor Matoviç damında səsgücləndiricilər olan avtomobililə əraziyə gəlib və tədbir iştirakçılarını, sosial demokratları, xüsusən də DİN-in keçmiş rəhbərini kəskin tənqid edib.

Kaliniyak avtomobilə yaxınlaşıb və mikrofonu Matoviçdən almağa çalışıb.
Mübahisəyə yalnız polis son qoya bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra Matoviç oradan ayrılıb.

pravda.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.