Bu ölkədə 2 yüksək rütbəli hərbçi edam edildi - SƏBƏB

15-09-2023, 00:10           
Bu ölkədə 2 yüksək rütbəli hərbçi edam edildi - SƏBƏB
Səudiyyə Ərəbistanında “dövlətə xəyanət” ittihamı ilə iki əsgərin edam edildiyi bildirilib.

32gun.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada edam edilənlərin polkovnik-leytenant və çavuş olduğu bildirilib.

Qeyd edilib ki, yüksək rütbəlilər “müharibə cinayətləri, milli maraqları və hərbi şərəfi qorumamaq və bu kimi vətənə xəyanətdə” ittiham olunublar.

Bəyanatda edam edilən şəxslərin törətdiyi cinayətlərlə bağlı təfərrüatlara yer verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru