Rusiyanın elit alayının komandiri öldürüldü 15-09-2023, 11:14 Ukraynada gedən döyüşlər zamanı Rusiyanın 247-ci qvardiya desant-hücum alayının komandiri Vasili Popov öldürülüb.Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.Popovun bu ilin avqust-sentyabr ayında alaya komandir təyin edildiyi bildirilib.Qeyd edək ki, 247-ci qvardiya desant-hücum alayı Donetsk-Zaporojye vilayətlərinin sərhədində döyüşür. Facebook-da paylaş