Nəzarətimizə keçən ərazilərdə 2 qızıl yatağı var...

20-11-2023, 18:04           
Nəzarətimizə keçən ərazilərdə 2 qızıl yatağı var...
Mütəxəsisslərimiz bu ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra nəzarətimizə keçən ərazilərdə mövcud mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, dəymiş ziyanın təftişi ilə bağlı işlərə başlayıblar.

Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, qısa zamanda bu işlər başa çatdırılacaq.

"Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı var. 143 faydalı qazıntı yatağı 2020-ci ildə keçirilən əks-hücum əməliyyatları nəticəsində azad edilmişdi. Sonuncu dəfə keçirilən antiterror əməliyyatlarından sonra isə 23 yataq nəzarətimizə keçdi. Həmin ərazilərdə qızıl, mis, qaz-kömür, mərmər, mərmərlənmiş əhəng kimi digər spektrli yataqlar var.

Son antiteror əməliyyatından sonra əsas lövbər yataqlardan olan "Qızılbulaq", "Dəmirli" və "Çardaxlı" yataqları nəzarətimizə keçib. Belə ki, "Qızılbulaq" tamamilə qızıl, "Dəmirli" qızıl və mis, "Çardaxlı" isə kömür yatağıdır. Bunlardan başqa da nəzarətimizə keçən ərazilərdə faydalı yataqlarımız var", - deyə sədr qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.