Rusiyada polisin atəş açmaqla dayandırdığı şəxs qəribə açıqlaması ilə gündəm oldu - VİDEO

22-11-2023, 12:08           
Rusiyada polisin atəş açmaqla dayandırdığı şəxs qəribə açıqlaması ilə gündəm oldu - VİDEO
Rusiyada yerli sakinlərdən biri polisləri təqibə cəlb edib və bunu qəribə şəkildə izah edib.

Bildirilir ki, hadisə Anqarsk şəhərində baş verib. Sakinlərdən biri sürücünün qəribə hərəkətləri barədə polisə məlumat verib. Hadisə yerinə yollanan yol müfəttişi uzaqdan şübhəlini izləməyə başlayıb. Maraqlıdır ki, bu zaman sürücünün özü polisə yaxınlaşıb. Hüquq-mühafizə orqanının əməkdaşları ondan sənədləri göstərməyi və maşından düşməyi tələb etdikdə isə kişi avtomobili ilə hadisə yerindən qaçıb.

Sürücü yolda təhlükəli vəziyyət yaratdığı üçün uyğun yerdə polis əməkdaşlarından biri avtomobilin təkərlərinə atəş açıb. Bundan sonra qanun pozucusu saxlanılıb.

44 yaşlı sürücüdən bu anlaşılmaz hərəkətinin səbəbini soruşduqda isə o, qəribə açıqlaması ilə bir anda ölkəsində məşhurlaşıb. Belə ki, o, həyatının çətin dövründən keçdiyini və depressiyada olduğunu deyib.
Polis ona qarşı bir sıra inzibati protokollar tərtib edib. Anqarsk sakini 30 min rubl (təqribən 572 manat) cərimələnib, onu həmçinin il yarımdan iki ilədək müddətə sürücülük hüquqlardan məhrum edilmə də gözləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.