30 ilin sirli tapıntısı: 10 nəfəri öldürüb basdırdılar, üstündə restoran tikildi - FOTO

22-11-2023, 13:04           
30 ilin sirli tapıntısı: 10 nəfəri öldürüb basdırdılar, üstündə restoran tikildi - FOTO
Rusiyanın paytaxtı Moskvanın mərkəzində “Qranatovıy sad” restoranının altından 10-dan çox insanın cəsədinin qalıqları tapılıb. Qalıqların 1990-cı illərdən orada qalmış ola biləcəyi ehtimal edilir.

Sümüklər vaxtilə restoranın olduğu Setunski keçidində iş zamanı aşkar edilib.

İşçilər yeraltı kommunikasiyaları sökərkən 3,5 metr dərinlikdə 10 kəllə sümüyü, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və iki çənə tapıblar.

Restoran sahibləri şübhə altında deyillər. Çünki müəssisə 2012-ci ildə tikilib, bundan əvvəl ərazidə sənaye zonası və dayanacaq olub.
Qalıqlar ekspertizaya göndərilib, müstəntiqlər tədqiqatlara başlayıblar.


Mənbə: News.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru