Rusiyada narkotikdən kütləvi zəhərlənmə olub - VİDEO

22-11-2023, 15:14           
Rusiyada narkotikdən kütləvi zəhərlənmə olub - VİDEO
Rusiyanın Həştərxan şəhərində narkotikdən kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, son iki gündə azı 26 nəfər metadondan ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan ikisi 19 yaşlarında qızlar olmaqla dördünün həyatını xilas etmək mümkün olmayıb.

Qalan pasiyentlərdən 10-nun vəziyyəti ağır olaraq qalır, bir nəfər komadadır.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının qanunsuz satışı” maddəsi ilə cinayət işi açılıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədə əli olan üç miqrant saxlanılıb. Hüquq mühafizə orqanları şübhəlilərin dindirilməsinin videosunu yayımlayıb.

Hazırda polis onların əlbirlərini müəyyənləşdirir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru