Rusiyada məktəbdə müəmma: Dövlət bayrağını qaldıran şagirdlərin qəfildən ürəkləri getdi

22-11-2023, 16:44           
Rusiyada məktəbdə müəmma:
Rusiyanın Nijni Novqorod şəhərində müəmmalı hadisə baş verib. Belə ki, dövlət bayrağını qaldırarkən üç şagird - 10 yaşlı qız və iki sinif yoldaşı huşlarını itiriblər.

Hadisə səhər toplantısı zamanı baş verib.

Bundan başqa daha yeddi uşaq özünü pis hiss edib.

Müəllimlər dərhal hadisə yerinə bir neçə təcili yardım briqadası çağırıblar. Hadisə yerinə gələn həkimlər uşaqlarda yüksək təzyiq diaqnozu qoyublar.
Həkimlər məktəblilərin naməlum maddədən zəhərləndiklərindən şübhələnirlər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru