Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI

22-11-2023, 10:26           
Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI
Bu gün səhər saatlarında Bakı ətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.

Bizim.Media xəbər verir ki, elə ki, saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.

Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb.

Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıb, həm də qatarda böyük sıxlıq yaşanıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən hələlik heç bir açıqlama verilməyib.

Surxay Atakişiyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru