2025-ci ilin yanvar–iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 864,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 156,2 milyon manat və ya 15,7% çoxdur.
Ötən ilin eyni dövründə ictimai iaşə dövriyyəsinin həcmi 708,1 milyon manat olub.
Qeyd edək ki, рesabat dövründə hüquqi şəxslərin payı üstün olub. Belə ki, onların həyata keçirdiyi ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5%-ni təşkil edib.