Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - Fotolar

29-11-2023, 13:46           
Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - Fotolar
Ağstafa şəhəri, Ü.Hacıbəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər müəyyən edilib.

Yoxlama zamanı müəssisədə 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq, 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad, 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru