Əməliyyat zamanı həkimlər arasında dava düşüb - İki il sonra üzə çıxdı

5-12-2023, 07:13           
Əməliyyat zamanı həkimlər arasında dava düşüb - İki il sonra üzə çıxdı
Tatarıstanın Buqulma Mərkəzi Rayon Xəstəxanasında (MRX) mədə əməliyyatı zamanı həkimlər dava edib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, hadisə iki il əvvəl baş versə də indi üzə çıxarıblar.

Bildrilib ki, Xəstələrdən birinin mədə əməliyyatı zamanı cərrahla şöbə müdiri arasında dava düşüb və bir-birinə alətlər atmağa başlayıb.

Bu zaman xəstə əməliyyat masasında gözləyib.

Amma bu davadan iki il sonra, bu ilin oktyabrında həkimlər arasında yenidən münaqişə yaranıb. Cərrah xəstəlik tarixçəsini doldurarkən həkimlər əlbəyaxa dava ediblər. Menecer həmkarına arxadan hücum edib, buna cavab olaraq onun üzünə iki zərbə endirib. Üstəlik, başçı bildirib ki, cərrah yaxşı işləmir və hamını təxribata çəkir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.