Ceyms Barr - Bu qadın orduda 59 il boyunca qadın olduğunu gizləyə bilib
Bu gün, 16:54

Əsl adı “Marqarit Ann Balkley” olan Ceyms Miranda Barri İngilis ordusunun məşhur hərbi cərrahı olub. O, 1789-cu ildə doğulub, Edinburq Universitetinin tibb fakültəsini bitirib və daha sonra həkim kimi xidmət etməyə başlayıb. Bu qadın orduda 50 il boyunca qadın olduğunu gizləyə bilib.
Ceyms Barri peşəkar və uğurlu bir həkim olaraq yüksək vəzifələrdə işləyib. O, təkcə yaralı əsgərləri yox, həm də getdiyi yerlərdə yerli sakinləri sağaldıb, bir çox insanın həyatını xilas edib.
Onu tanıyanlar haqqında sərt, kobud, inadkar və səbirsiz olduğunu bildiriblər. Ceyms Barri öldükdən sonra xidmətçisi onun qadın olduğunu aşkarlayıb. Halbuki, Ceyms Barri vəsiyyət etmişdi ki, öldükdən sonra onun bədəni analiz edilməsin və olduğu kimi dəfn edilsin.
76 il həyat yaşayan Ceyms cinsini Universitet illərindən əvvəl gizləməyə başlayıb. Təxminən 50 ildən uzun müddətdə bu qadın ordu kimi kollektiv bir işdə cinsini peşəkarlıqla gizlətməyi bacarıb.
İddiaya görə, Ceyms Barri gənc yaşlarında əmisi tərəfindən təcavüzə uğrayıb və dünyaya bir övlad gətirib. Bu iddia onun cinsini niyə gizlədiyini göstərən əsas səbəblərdən biri ola bilər…
İstinad: History/com, The Guardian, National Library of Medicine, BBC
Hazırladı: Ceyhun Qurbanov (alberteyniseydi)