Ukraynalı ölkədən qaçmaq üçün uşaq kimi geyindi - FOTO

5-12-2023, 09:14           
Ukraynalı ölkədən qaçmaq üçün uşaq kimi geyindi - FOTO
Ukrayna Dövlət Sərhəd Xidməti sərhədi qanunsuz keçməyə cəhddə təqsirləndirilən yerli sakini saxlayıb.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Tisa çayını şişirdilən döşəkdə üzərək keçməyi planlaşdıran şəxs 29 yaşlı kişidir.
Sərhədçilər bildirib ki, o, özünü uşaq kimi göstərərək, onları aldatmağa cəhd edib: qısa boylu olan kişi yeniyetmə paltarı və çəhrayı papaq geyinib. Həmçinin bildirilir ki, bu, bu onun Ukraynanı qeyri-qanuni tərk etmək üçün ilk cəhdi deyil. Belə ki, təkcə Odessa vilayətində o, iki dəfə sərhədi keçməyə cəhd edib.
Saxlanılan şəxsi cərimə və ya 15 sutka həbs gözləyir.
Daha əvvəl bildirilmişdi ki, Tisanı rezin qayıq və dairə ilə üzüb keçmək istəyən iki ukraynalı saxlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru