Arvadını və iki oğlunu öldürən italiyalı qatil: “Evdə iblis var idi”
20-02-2024, 16:38
İtaliyanın Palermo şəhərində 54 yaşlı Giovanni Barekka evdəki şər qüvvələrdən qurtulmaq qərarına gəldiyi üçün bütün ailəsini öldürüb.
Qatil polisə zəng edərək cinayətini belə etiraf edib: “Ailəmi öldürdüm, məni aparmağınızı gözləyirəm. Mən evdəki İblisi də öldürdüm”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər həyətdə yanmış qadın qalıqları və iki uşağın cəsədini tapıblar. Onlar həmçinin 17 yaşlı qızın şok vəziyyətində yataq otağında gizləndiyini müəyyən ediblər.
Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları belə qənaətə gəliblər ki, Barecca “cin çıxarmaq” məqsədilə ailəyə bir neçə gün işgəncə verib. Onun ilk qurbanı həyat yoldaşı, 40 yaşlı Antonella Salamone olub. Onun bədəni tam yanğından ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Cinayətkar Salamonu yandırdıqdan sonra biri 16, digəri isə beş yaşında olan oğullarını qətlə yetirib. O, onları elektrik naqilləri ilə boğmazdan əvvəl zəncirləyib, ağızlarını bağlayıb və ağacla döyüb. Ehtimallara görə, qız doğmalarının işgəncəyə məruz qalmasını seyr etməyə məcbur olub. Qonşular polisə bildiriblər ki, Barekka tez-tez şeytan haqqında danışırmış.
Şahidlərdən biri Salvatore Turko jurnalistlərə bildirib ki, Bareccanun cinayəti tək törətmədiyi də ehtimallar arasındadır. Turko hesab edir ki, cılız bir insan olan Berekka bütün bunları təkbaşına törədə bilməzdi. O, hesab edir ki, Barekkanın cinayət ortaqları Yevangelist Kilsəsində tanış olduğu dini fanatiklər – Massimo Karandente və Sabrina Fina olub. Polis asdıçəkilən hər iki şəxsi də saxlayıb və onlara ittiham irəli sürüb.
Sağ qalan qız hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının himayəsindədir və təhlükəsiz yerdə yaşayır, ona psixoloji yardım göstərilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az