İsrail Həsən Hüseyn Səlamini öldürdü

27-02-2024, 11:56           
İsrail Həsən Hüseyn Səlamini öldürdü
İsrail Livanın cənubunda həyata keçirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandirlərindən Həsən Hüseyn Səlamini öldürdüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, Səlaminin Hizbullahın tərkibindəki Nasir İttifaqına və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olduğu bildirilib.

Təhlükəsizlik mənbələri qeyd edib ki, Səlami Hizbullahın hərbi qanadında briqada komandiri rütbəsində olub.

Oktyabrın 8-dən bəri İsrail ordusu ilə Hizbullah arasında baş verən sərhəd döyüşlərində həlak olan Hizbullah üzvlərinin sayı 218-ə yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.