İsraillilər Azərbaycanda süni yağış yağdırmaq istəyirlər - Dövlət qurumuna rəsmi təklif verilib

13-03-2024, 00:05           
İsraillilər Azərbaycanda süni yağış yağdırmaq istəyirlər -
İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

Bunu şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.

Onun sözlərinə görə, layihə ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim olunub: "Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır"(Report).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.