Çağırışa gecikən təcili tibbi yardımın həkimi vətəndaşı təhqir edib - İDDİA

13-03-2024, 08:34           
Çağırışa gecikən təcili tibbi yardımın həkimi vətəndaşı təhqir edib - İDDİA
Bakı şəhər sakini təcili tibbi yardım briqadasından narazıdır.

Bu barədə Oxu.Az-a Ülvi Quliyev şikayət ünvanlayıb.

Xətai rayonu, Zığ yolu 29 ünvanında yaşayan Ü.Quliyev deyir ki, martın 9-da qəfil halı pisləşib və 16:30-da təcili yardım briqadası çağırıb:

“Həkim saat 17:30-da gəldi. Gələn həkim məndən şəxsiyyət vəsiqəsini tələb etdi və bildirdim ki, üstümdə deyil. O əsəbiləşərək, “vəsiqəni üstündə saxla” dedi. Daha sonra təzyiqimi ölçdü və maqnezium vurmağa çalışdı. Ona bildirdim ki, həmin iynə mənə pis təsir edir və imtina edirəm. Həkim mənim istəyimə heç bir məhəl qoymaq istəmədi, səsimi kəsib sakit oturmağımı bildirərək məni təhqir etdi.

Mənim şərəf və ləyaqətimi təhqir etdiyi üçün imtina etdim. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) şikayət ünvanlasam da, mənə heç bir cavab verilmədi”.

Ü.Quliyev deyir ki, səhhəti pisləşdiyi üçün axşam saatlarında yenidən təcili yardım çağırıb:

“Bu dəfə isə təcili yardım briqadası çağırışa 2 saat 20 dəqiqəyə gəlib”.

Oxu.Az tərəfindən məsələ barədə TƏBİB-ə sorğu ünvanlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru