Dağıstanda dəhşətli partlayış: Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu - ANBAAN VİDEO

16-03-2024, 13:03           
Dağıstanda dəhşətli partlayış: Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu - ANBAAN VİDEO
Dağıstanın Xasavyurt rayonunda asetilen qaz-hava qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Bu barədə Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İlkin istintaq məlumatına görə, Mənzil Kommunal Təsərrüfat İdarəsinin iki işçisi texniki işlər görülməsi üçün Xasavyurtun Yubileynı qəsəbəsində yerləşən yaşayış binasına gəliblər. Onlardan biri siqaret kötüyünü kanalizasiyaya atıb. Bu zaman güclü partlayış baş verib. Nəticədə hər iki işçi həyatını itirib.

“Təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində kanalizasiya borusunda yerləşən asetilen qaz-hava qarışığının partlaması baş verib, nəticədə hər iki işçi ölüb”, - deyə məlumatda bildirilib.

Hadisə yerində müstəntiqlər və təcili yardım xidmətləri çalışır.
Mənbə: Radio1.ru, “Mash” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru