“Boeing” təyyarəsi ilə bağlı daha bir insident: Bu dəfə örtüyü qopdu - FOTO

17-03-2024, 10:48           
“Boeing” təyyarəsi ilə bağlı daha bir insident:
ABŞ-nin “United Airlines” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi havada olarkən örtük panelinin bir hissəsi qopub.

San-Fransiskodan Oreqona uçan təyyarədəki zədə enişdən sonra aparılan yoxlama zamanı aşkar edilib.

Hadisə zamanı təyyarədə 139 sərnişin və altı heyət üzvü olub.

Xoşbəxtlikdən, hər şey yaxşı bitib, təyyarə uğurlu eniş edə bilib. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bundan əvvəl də San-Fransiskoda eyni aviaşirkətə məxsus “Boeing 777” təyyarəsi havaya qalxarkən təkəri qoparaq düşüb və park edilmiş bir neçə avtomobilə zərər vurub.

Yeri gəlmişkən, qeyd edək ki, “Boeing” istehsalında keyfiyyət standartlarını tənqid edən və məhkəmədə ifşaedici ifadə verən amerikalı mütəxəssis Con Barnettin bir neçə gün öncə meyiti tapılıb.

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.