Rusiya səfirliyinə hücum olub

18-03-2024, 00:15           
Rusiya səfirliyinə hücum olub
Naməlum şəxs Kişinyovdakı Rusiya səfirliyin həyətinə iki ədəd “Molotov kokteyli” atıb.

Bu barədə diplomatik missiyanın mətbuat xidmətinə istinadən xəbər verir.

Hadisəni törədən şəxsin saxlanıldığı qeyd edilir. Onun şəxsiyyəti müəyyən edilib. Kişinin 54 yaşı var, Moldova vətəndaşıdır, lakin Rusiya vətəndaşlığına sahib olduğunu iddia edir. Bu barədə başqa məlumat yoxdur.

Motivlər və digər təfərrüatlar müəyyənləşdirilir.

Bu arada, Rusiya diplomatik xidməti artıq “Rusiyanın Kişinyovdakı səfirliyinin konsulluq bölməsini yandırmaq cəhdini” pisləyib.
RİA Novosti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.