Qazaxıstan kəşfiyyatı Rusiyaya narkotrafikin qarşısını alıb

13-06-2024, 16:34           
Qazaxıstan kəşfiyyatı Rusiyaya narkotrafikin qarşısını alıb
Cari ilin əvvəlindən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları xarici tərəfdaşlarla əməkdaşlıq edərək 19 beynəlxalq narkotik kanalının fəaliyyətini dayandırıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları qonşu dövlətlərin xüsusi xidmət orqanları ilə birlikdə Rusiyaya gedən beynəlxalq narkotik kanalının qarşısını alıblar. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"250 litr narkotik vasitə olan metamfetamin formasında qeyri-qanuni yük müxtəlif markalı içkilərin içərisində gizlədilib və Qazaxıstan ərazisindən Rusiyaya tranzit keçib Həmin malların ötürülməsi zamanı narkotik vasitəni mayedən çıxarmaq üçün nəzərdə tutulmuş avadanlıqlar da saxlanılıb".
Cari ilin əvvəlindən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları xarici tərəfdaşlarla əməkdaşlıq edərək 19 beynəlxalq narkotik kanalının fəaliyyətini dayandırıb, qanunsuz dövriyyədən 400 kq-dan çox narkotik maddə və 4 ton xaşxaş samanı götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru