"Qatar Airways" təyyarəsində sərnişinlər huşlarını itirdilər VİDEO

13-06-2024, 16:44           
"Qatar Airways" təyyarəsində sərnişinlər huşlarını itirdilər  VİDEO
"Qatar Airways" aviaşirkətinin Afina-Doha istiqamətində olan "QR204" reysində sərnişinlər çətin anlar yaşayıblar.

Belə ki, Yunanıstanın paytaxtından Qətərin paytaxtına doğru səfər edən təyyarənin kondisioner sistemi sıradan çıxıb. Nəticədə, göyərtədə temperatur 38 dərəcəyə qədər yüksəlib. Buna dözə bilməyən bəzi sərnişinlər huşunu itiriblər.

Hadisə şahidlərindən biri baş verənləri videoya çəkib.

Mənbə: Dgh.digital












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru