Malidə qızıl mədənində şaxta çöküb - Azı 21 nəfər ölüb

14-06-2024, 00:15           
Malidə qızıl mədənində şaxta çöküb - Azı 21 nəfər ölüb
Malidə qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 21 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “RFI” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə iyunun 8-də ölkənin cənubundakı Kalana kommunasında baş verib.

Dağıntılar altında daha çox işçinin qaldığından ölənlərin sayı arta bilər.

Qeyd olunub ki, həlak olan mədənçilərin yaşı 15-20 yaş arasında olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru