Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb

23-06-2024, 11:55           
Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb
Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.

Bu barədə “Reuters” agentliyi İturi əyalətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Konqonun İnkişafı naminə Kooperativi”nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.

Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.

CODECO 20 ildən çox əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.