Britaniyada Kembric Universitetinin binasına qırmızı boya atıblar

23-06-2024, 15:08           
Britaniyada Kembric Universitetinin binasına qırmızı boya atıblar
Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.

Bu barədə "Palestine Action" hərəkatının saytında yayılan press-relizdə deyilir.

"Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar", - məlumatda bildirilir.

Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.

Fəallar, həmçinin Kembric Universitetini Qəzza zolağındakı döyüşləri maliyyələşdirməkdə ittiham edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru