Böyük Britaniyada baş nazirin bağına daxil olan şəxslər saxlanıldılar

26-06-2024, 15:34           
Böyük Britaniyada baş nazirin bağına daxil olan şəxslər saxlanıldılar
Böyük Britaniyanın baş naziri Rişi Sunakın bağ evinə daxil olan dörd nəfər saxlanılıb.

Bu barədə Şimali Yorkşir polisi məlumat verib.

Qeyd olunub ki, İngiltərənin müxtəlif bölgələrində yaşayan 20-52 yaş aralığında olan şəxslər saxlanılıblar.

Məlumata görə, saxlanılanlardan biri, 21 yaşlı tələbə Oliver Kleqq Britaniyanın siyasi sistemini və ölkədəki bütün aparıcı partiyaları tənqid edən "Youth Demand" etiraz hərəkatının üzvüdür.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru