“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” - DİN

27-06-2024, 11:26           
“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” - DİN
“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” -Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.

Gundeminfo xəbər verir ki, kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması, yanlarındakı xanımın isə polis çağırılması ilə bağlı xahiş etdiyi görünür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, hadisə vaxtı “Metropark” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayev güllələnərək qətlə yetirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru