Livandan İsrailə tank əleyhinə raket zərbələri endirilib

29-06-2024, 09:58           
Livandan İsrailə tank əleyhinə raket zərbələri endirilib
Livan ərazisindən İsrailin şimalına tank əleyhinə raketlər buraxılıb və İsrailin döyüş təyyarələri Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan Qərbi Qaliley bölgəsinə bir neçə tank əleyhinə raket atılıb. Tələfat barədə məlumat verilməyib", - bəyanatda deyilir.

"Bundan əlavə, İDF-nin hava hücumundan müdafiə sistemi Livandan gələn iki şübhəli hava hədəfini uğurla zərərsizləşdirilib", - mətbuat xidməti əlavə edib.

Ordu həmçinin bildirib ki, bir müddət əvvəl İDF əsgərləri Livanın cənubundakı Kfarkela bölgəsindəki Hizbullah hərbi obyektində fəaliyyət göstərən terrorçuları müəyyən edib və bundan sonra İsrail Hərbi Hava Qüvvələri bu obyektə və terrorçulara zərbələr endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.