Ukraynanın Rusiyanın sərhəd kəndinə hücumu nəticəsində 5 nəfər ölüb
30-06-2024, 11:03
Bölgə qubernatorunun şənbə günü bildirdiyinə görə, Ukraynanın Rusiyanın sərhəd kəndindəki evə dron hücumu nəticəsində ikisi uşaq olmaqla beş nəfər həlak olub.
Dron Rusiyanın Kursk regionunda Ukrayna ilə sərhədindən bir neçə metr uzaqda Qorodişe kəndində bir evə zərbə endirib.
“Böyük kədərlə bildirirəm ki, beş nəfər … o cümlədən ikisi azyaşlı uşaq həlak olub. Ailənin daha iki üzvünün vəziyyəti ağırdır,” Kursk qubernatoru Aleksey Smirnov Telegramda bildirib.
O əlavə edib ki, hücum "kopter" tipli dronla həyata keçirilib ki, bu, üzərinə hədəflərə atılan qumbaraatanlar və ya digər partlayıcılar quraşdırıla bilən kiçik bir cihazdır.
Hər iki tərəf 2022-ci ilin fevralında başlayan münaqişə boyu dronlardan geniş şəkildə istifadə edib.
Ukrayna bu ilə Rusiya ərazisinə hücumlarını artıraraq, həm Rusiya ordusunu yanacaqla təmin etdiyini dediyi enerji obyektlərini, həm də sərhədin digər tərəfindəki şəhər və kəndləri hədəf alıb.
Rusiya Prezidenti Vladimir Putin ötən ay Ukraynanın şimal-şərq Xarkiv regionuna qurudan yeni böyük hücuma başlayıb. O bunun, “bufer zonası” yaratmaq və Rusiyanın sərhəddə yerləşən Belqorod vilayətini top atəşindən qorumaq üçün Ukrayna qüvvələrini geri çəkmək əməliyyatıdır.
Şənbə günü hücumun baş verdiyi Kursk regionu şimalda, Kiyevin nəzarətində olan Ukraynanın Sumı regionunun yaxınlığında yerləşir.