İspaniyada 1 milyondan çox “ekstazi” və digər sintetik narkotik maddələr ələ keçirilib

11-09-2024, 18:28           
İspaniyada 1 milyondan çox “ekstazi” və digər sintetik narkotik maddələr ələ keçirilib
Müsadirə edilən narkotiklərin dəyəri 25 milyon avrodan çox ola bilər.
İspaniya Mülki Qvardiyası krallıqda narkotik maddələrin tətbiqi ilə məşğul olan əsas cinayətkar təşkilatlarından birinə məxsus bir milyondan çox “ekstazi” həbləri və digər sintetik narkotik vasitələr müsadirə edib.
Bu barədə ölkənin hüquq-mühafizə orqanları çərşənbə axşamı mətbuata açıqlamasında bildirib.
“Əməliyyat zamanı ümumi çəkisi 357 kq olan bir milyondan çox “ekstazi” həb (1 071 327 həb) ələ keçirilib. Bundan əlavə 212 kq ketamin, 73 kq MDMA (metilendioksimetamfetamin), 20 kq kokain, 21 kq çəhrayı kokain (tussi), 10 kq həşiş və 6 kq marixuana, həmçinin çəhrayı kokainin hazırlanmasında istifadə olunan 3 kq maddə aşkar edilərək götürülüb”, məlumatda bildirilir.
Bu əməliyyat çərçivəsində krallıq tarixində ən böyük sintetik həblər partiyasının ələ keçirildiyi dəqiqləşdirilir. Müsadirə edilən narkotiklərin dəyəri 25 milyon avrodan çox ola bilər.
Cinayətkar təşkilatın əsas üzvləri müəyyən edildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları İbizada yaşayan İtaliya vətəndaşları olan 9 nəfəri saxlayıblar. Əməliyyatı Balear Adaları Mülki Qvardiyasının mütəşəkkil narkotik cinayətkarlığına qarşı mübarizə qrupu həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru