Təcili tibb maşınında çalışan tibb işçisi Ceyms Meladi ilk baxışdan normal təsir bağışlasa da, zorlama maddəsi ilə həbs olunub. Bakupost.az xəbər verir ki, 37 yaşlı Florida ştatı sakini təcili tibbi yardım maşınında huşsuz vəziyyətdə olan gənc qadına qarşı köməksizliyindən istifadə edərək seksual hərəkətlər edib. Daha sonra maşının videokamerasına baxış zamanı kadrlarda kişinin qadına qarşı hərəkətləri aşkar olunub. Xəstə özü klinikaya necə çatdırıldığını, maşında nələr baş verdyini xatırlamır. Əvvəllər yanğınsöndürən olan Ceyms günahını boynuna alıb, lakin polis “xilasedicinin” bu vaxta qədər çalışdığı yerlərdə başqa qurbanlarının olduğunu təxmin edir.