"Tesla" 5-ci dəfə "Cybertruck" avtomobillərini geri çağırır

5-10-2024, 10:58           
"Tesla" 5-ci dəfə "Cybertruck" avtomobillərini geri çağırır
ABŞ-nin avtomobil istehsalçısı olan "Tesla" şirkəti 2024-cü ilin əvvəlindən beşinci dəfə "Cybertruck" pikaplarında aşkar olunan nasazlıqların aradan qaldırılması üçün geri çağırış kampaniyası keçirir.

Bu barədə "Reuters" məlumat yayıb.

Budəfəki çağırış 27 min "Cybertruck" avtomobilini əhatə edir. Səbəb avtomobillərdəki arxa kameranın görüntüsünün gecikməsidir. Gecikmə sürücünün görünüş sahəsini məhdudlaşdırır və toqquşma riskini artırır. Problemi həll etmək üçün avtomobillərin proqram təminatı yenilənəcək.

Kamera ilə bağlı geri çağırış "Tesla"nın 2024-cü ildə beşinci geri çağırışıdır. Bundan əvvəl avtomobillər akselerator pedalının düzgün bərkidilməməsi və şüşəsilənlərin nasazlığı ilə əlaqədar qaytarılmışdı.

Qeyd edək ki, "Cybertruck" avtomobillərinin müştərilərə çatdırılması 2023-cü ilin sonunda başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru