Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub VİDEOP

10-10-2024, 18:58           
Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub  VİDEOP
Quraq iqlimi ilə tanınan Saxara səhrası anomal yağışlarla üzləşib və bu, fəlakətli nəticələrə gətirib çıxarıb. Daşqın nəticəsində ən azı 20 nəfər həlak olub.

Oxu.Az-ın "Meduza"ya istinadla verdiyi məlumata görə, bu barədə Mərakeş və Əlcəzair hökumətlərinin məlumatlarından aydın olub.

Mərakeş Meteorologiya Baş İdarəsindən bildirilib ki, bu qədər qısa müddətdə bu qədər yağıntının düşməsi sonuncu təqribən 50 il qeydə alınmışdı.

Fəlakət regionun kənd təsərrüfatına ciddi ziyan vurub.

Eyni zamanda meteoroloqlar qeyd edirlər ki, bol yağıntılar son altı ildə quraqlığa görə tükənmiş yeraltı suların bərpasına kömək edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru