3 gündə 3 nəfərin həyatına son qoyan qadın həbs olundu

12-10-2024, 11:14           
3 gündə 3 nəfərin həyatına son qoyan qadın həbs olundu
Kanadada 1-3 oktyabr tarixləri arasında 3 ayrı cinayət törətdiyi təsbit edilən 30 yaşlı Sabrina Kauldhar həbs olunub.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Niaqara Regional Polis İdarəsindən verilən açıqlamaya görə, 1-i qadın, 2-si kişi olmaqla cəmi 3 nəfəri öldürən kanadalı qadın Burlinqtonda bir oteldə yaxalanıb.

Sabrina Kauldharın ilk cinayətini oktyabrın 1-də Torontoda törətdiyi öyrənilib. 60 yaşlarında bir qadını öldürən Kauldhar ertəsi gün Niaqara şəlaləsi yaxınlığındakı parkda 47 yaşlı Lance Cunningham-ı qətlə yetirib.

Sonuncu qətlini oktyabrın 3-də törədən 30 yaşlı qatil 77 yaşlı təqaüdçü müəllim Mario Biliç-i öldürüb.

Polislər onu seriyalı qatil adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru