Moskvada güclü partlayış nəticəsində Rusiya ordusunun generalı həlak olub - TƏFƏRRÜAT

17-12-2024, 08:56           
Moskvada güclü partlayış nəticəsində Rusiya ordusunun generalı həlak olub - TƏFƏRRÜAT
Moskvada baş vermiş partlayış nəticəsində ilkin məlumata görə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

APA Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.

Partlayışın yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilir.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.

Onu da qeyd edək ki, məlumat hələ ki, rəsmi olaraq təsdiqlənməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru