26 ilini həbsdə keçirdi: Azadlığa çıxan kimi...

Bu gün, 11:44           
26 ilini həbsdə keçirdi:
ABŞ-nin Kaliforniya ştatında bank quldurluğuna görə 26 il həbsdə yatan 61 yaşlı Markham David Bond şərti azadlığa çıxan kimi eyni cinayəti törətdikdən sonra tutularaq yenidən həbsxanaya göndərilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinə görə, Bond Los-Ancelesdəki federal münsiflər heyəti tərəfindən "silahlı soyğunçuluqla ticarəti pozma", "zorakılıq cinayəti zamanı silahdan istifadə" və "məhbusun silah və sursata sahib olması" maddələri ilə təqsirli bilinib.

Səlahiyyətlilər, Bondun evində aparılan axtarış zamanı mini soyuducuda gizlədilən oğurluq pulu, 10 güllə ilə dolu silahı və cinayət zamanı geyindiyi köynəyi tapdıqlarını açıqlayıblar.

Soyğunçunun həbs olunduqdan sonra şərti azadlığa buraxıldığı öyrənilib.

ABŞ baş prokuroru Martin Estrada: "Həyatda ikinci şans verildiyi halda, bu müttəhim təəssüf ki, zorakılıq cinayəti törətməyi seçdi.

Federal və yerli hüquq-mühafizə orqanları ilə güclü tərəfdaşlığımız sayəsində biz öz resurslarımızdan icmalarımızı silahdan istifadə edən zorakı cinayətkarlardan qorumaq üçün istifadə etməyə davam edəcəyik" deyib.

Digər tərəfdən, NYPost-un xəbərinə görə, 1980-1990-cı illərdə uzun bir cinayət keçmişi olduğu təsbit edilən Bondun 11 iyul 2025-ci ildə başqa bir hökm iclasının keçiriləcəyi və 61 yaşında olduğu ifadə edildi. Cinayətkarın bütün həyatını həbsxanada keçirməsinə səbəb ola biləcək bir cəza alması ehtimalı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.