Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin qardaşı, 4-cü Zirehli Diviziyanın rəhbəri Mahir Əsədin Suriyanın Livan ilə sərhədində saxlanıldığına dair bəzi xarici media orqanlarında məlumatlar yayılıb.
Eyni zamanda Suriya Baş Təhlükəsizlik İdarəsinin direktoru Əli Məmlükün də saxlanıldığı iddia edilir.
Ancaq rəsmi mənbələr hələlik bu məlumatları təsdiqləməyib.