SON DƏQİQƏ: Tovuzda şagirdlər kütləvi şəkildə tüstüdən ZƏHƏRLƏNDİ

19-12-2024, 16:49           
SON DƏQİQƏ: Tovuzda şagirdlər kütləvi şəkildə tüstüdən ZƏHƏRLƏNDİ
Tovuzda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, məktəbin 15-dən artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsi Bizim.Media-ya faktı təsdiqləyib.

İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru