“Google Maps”ın çəkdiyi təsadüfi foto qatili ələ verdi –FOTO

Bu gün, 09:18           
“Google Maps”ın çəkdiyi təsadüfi foto qatili ələ verdi –FOTO
Google Maps şəkli İspaniya polisinə qətldə şübhəli bilinən şəxsi tutmağa kömək edib.

Azpost.info bildirir ki, bu şəxsin böyük çantanı baqajda gizlətməsi kameraya düşüb.

El Pais-in məlumatına görə, Google Maps komandası İspaniyanın şimalında yerləşən Tahueko kəndinə gəlib. Küçələrdən birində kamera qırmızı “Rover”in baqajına ağır ağ çantanı ehtiyatla qoyan bir adamı lentə alıb.

Google Maps-ın təsadüfi şəkli İspaniya polisinə Kuba vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi tutmağa kömək edib. Hələ 2023-cü ilin noyabrında Tahueko sakinlərindən biri məşuqəsi ilə İspaniyaya tətilə gələn gələn Kubadan olan qohumunun itməsi ilə bağlı polisə müraciət edib.

Bir gün yoxa çıxan qohumu ona tezliklə çıxıb getməsi və telefon nömrəsini dəyişdirdiyi ilə bağlı qəribə mesaj yazıb. Tahueko sakini mesajın başqası tərəfindən yazılmasından şübhələnib.

Polis bir il şübhəlinin izinə düşə bilməyib. Bu müddət ərzində müstəntiqlər kubalı məşuqəni və onun ərini sorğu-suala tutdular. Google Maps yenilənənə qədər onlara qarşı heç bir dəlil olmayıb.

Müstəntiqlər fotoda itkin kubalının sonuncu dəfə göründüyü yerin yaxınlığında baqajda ağır çanta gizlədən ərin fotosunu görüblər. İndi müstəntiqlər hesab edirlər ki, cütlük Latinonu öldürüb və onun cəsədi qonşu qəsəbədə basdırılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.